İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: “Münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır”

Elmar Məmmədyarov: “Münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır”

01.11.2016

Beynəlxalq problemlərin və münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsipləri əsas istinad mənbəyi olmalıdır.

APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Misirin "MENA" informasiya agentliyinə müsahibəsində deyib.

Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə ətraflı danışan E. Məmmədyarov Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi barədə məlumat verib, son aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlardan söz açıb.

Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan nazir bu qətnamələrin hələ də icra edilmədiyini, işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü bildirib.