İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Baş nazir: “Qarabağ probleminin Azərbaycanın sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur”

Baş nazir: “Qarabağ probleminin Azərbaycanın sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur”

01.11.2016

"Bütün səylərə baxmayaraq işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur".

APA-nın məlumatına görə, bunu Azərbaycan baş naziri Artur Rasizadə VII Azərbaycan-Rusiya Regionlararası Forumunun nümayəndələri ilə görüşü zamanı deyib.

O həmçinin qonaqlara enerji və nəqliyyat layihələri, Azərbaycanın qeyri-neft sektorunda və sosial sferada aparılan işlər barədə məlumat verib.