İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Britaniyalı deputat azərbaycanlı məcburi köçkünlərin məsələsinin parlamentdə qaldırılacağını bəyan edib

Britaniyalı deputat azərbaycanlı məcburi köçkünlərin məsələsinin parlamentdə qaldırılacağını bəyan edib

24.07.2014

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Böyük Britaniya Parlamenti İcmalar Palatasının Enerji və İqlim dəyişiklikləri Komitəsinin üzvü Kristofer Pinçer 2012-ci ildən bəri Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun sədridir.

K. Pinçer Şəki və Qəbələ də daxil olmaqla Azərbaycandakı qaçqın və məcburi köçkünlərin yerləşdikləri düşərgələrdə olub. Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun 2014-cü ilin mayında Azərbaycana səfəri zamanı o, Azərbaycan jurnalistlərinə açıqlamasında bunları deyib: “Britaniyalı parlamentarilər məcburi köçkünlər üçün Şəkidə salınmış yeni qəsəbələrə baş çəkdik. Bu tikililər didərginlərin həyat şəraitinin yaxşılaşdırılmasında böyük rol oynayır. Biz Dağlıq Qarabağ münaqişəsindən və onun Azərbaycana göstərdiyi təsirdən xəbərdarıq. Biz bu münaqişənin həll olunması və məcburi köçkünlərin evlərinə qayıda bilmələri üçün Böyük Britaniya Parlamentində məsələ qaldıracağıq”.

AAC tərəfindən təşkil edilmiş MHR kampaniyasının başlığı “Many Happy Returns” deyə ingilis sayağı təbrik mesajının əsasında seçilib ki, bu eyni zamanda öz doğma yurd yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. Kampaniyanın İnternet səhifəsində www.manyhappyreturnsidp.com məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilib, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3-də yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib.

MHR internet səhifəsi həm də öz istifadəçilərinə “Dünya Qaçqınlar Günü”nün əvəz edilib “Dünya Qaçqın və Məcburi köçkünlər günü” kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.