İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Mövlud Çavuşoğludan erməni deputata sərt reaksiya: Qarabağı mənmi işğal etdim?

Mövlud Çavuşoğludan erməni deputata sərt reaksiya: Qarabağı mənmi işğal etdim?

19.11.2016

NATO Parlament Assambleyasının 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib.

Trend Türkiyənin "Haber 7" qəzetinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Koryun Nahapetyanın “Türkiyə İŞİD-ə dəstək verir” ittihamı M.Çavuşoğlunun sərt reaksiyasına səbəb olub.

Ermənistanlı vəkilə dürüst olmadığını deyən M.Çavuşoğlu deyib: "Sizi dinlədiyim zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu? Qarabağı mənmi işğal etdim? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq - Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir".

M.Çavuşoğlu tutduqları PKK-çılar arasında ermənilərin də olduğunu, erməni "dostlarının" dürüst davranmadığını deyib.