İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nazir: Avstriya Qarabağda sülh prosesini dəstəkləməyə hazırdır

Nazir: Avstriya Qarabağda sülh prosesini dəstəkləməyə hazırdır

21.11.2016

Trend:

Avstriya ATƏT-in gələcək sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk prosesini dəstəkləməkdə davam edəcək. Trend-in RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu sözləri Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.

ATƏT sədrliyi 2017-ci il yanvarın 1-dən Avstriyaya keçəcək.

Nazir qeyd edib ki, Avstriya münaqişənin sülh yolu ilə həll olunması üçün tərəflərlə əməkdaşlıq etməyə hazırdır:

“Hələlik hansısa təşəbbüslər barədə danışmaq tezdir. Hər şey regionda hadisələrin inkişafından asılı olacaq. Gələn il Vyana sammitin keçiriləcəyi şəhər olacaq və biz danışıqları qəbul etməyə hazırıq”.

Nazirin sözlərinə görə, ölkə ATƏT-in Minsk qrupunun üzvü olmasa da, bu prosesə öz dəstəyini göstərməyə hazırdır. O, münaqişənin hərbi yolla həllinin mümkün olmadığını da deyib.