İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Komitə sədri: “Erməni əsirliyində olan azərbaycanlı qadınların taleyindən xəbər yoxdur”

Komitə sədri: “Erməni əsirliyində olan azərbaycanlı qadınların taleyindən xəbər yoxdur”

21.11.2016

“Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində minlərlə Azərbaycan qadını ağlasığmaz təhqirlərə, zorakılığa məruz qalıb”.

APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının açılış mərasimində çıxışı zamanı eyib.

O bildirib ki, erməni əsirliyində olan, itkin düşən azərbaycanlı qadınların taleyindən heç bir xəbər yoxdur.

“Bu, zorakılığın ən qəddar nümunəsidir ki, bizim xalqımız bunu yaşayıb”, – deyə H. Hüseynova qeyd edib.