İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: Qarabağ münaqişəsinə görə Ermənistan alman investorları üçün cəlbedici deyil

Səfir: Qarabağ münaqişəsinə görə Ermənistan alman investorları üçün cəlbedici deyil

22.11.2016

Alman şirkətləri və investorları iri bazarların və siyasi stabilliyin olduğu ölkələrdə maraqlıdır. Ermənistan isə bu siyahıya daxil deyil.

Trend-in “aysor” saytına istinadən verdiyi məlumata görə, bunu Almaniyanın Ermənistandakı səfiri Matias Kisler deyib: "Almaniya mətbuatında Ermənistan və ya bu regionla bağlı xəbərlər stabillik barədə məlumat vemir. Əsas mövzu isə Dağlıq Qarabağ münaqişəsidir. Bu cür xəbərlər kiçik və orta sahibkarlar üçün maneə törədir və nəticədə investisiya maraqları azalır".