İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident: Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Prezident: Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

23.11.2016

Trend:

Pakistan prezidenti Məmnun Hüseyn və Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə layihələrin daha tez reallaşmasının zəruriliyi barədə razılığa gəlib.

Trend bu barədə Pakistanın "Daily Times" saytına istinadən məlumat verir.

Prezidentin sözlərinə görə, Pakistan ümumi tarixi, mədəni, dini və digər dəyərlərə malik Azərbaycanla qardaşlıq əlaqələrinə böyük önəm verir.

O həmçinin qeyd edib ki, Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı bundan sonra Azərbaycanın mövqeyini dəstəkləyəcək.

İki ölkə arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsindən razılığını bildirən Pakistan prezidenti ticarət əlaqələrinin də genişlənməsinin zəruriliyini vurğulayıb.

Yaqub Eyyubov öz növbəsində Azərbaycanın Pakistanla müxtəli sektorlarda birgə müəssisələr yaratmaq niyyətində olduğunu deyib.