İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə səfiri: “Qarabağ münaqişəsi regionun ən ağrılı problemidir”

Türkiyə səfiri: “Qarabağ münaqişəsi regionun ən ağrılı problemidir”

25.11.2016

“İndi regionda Azərbaycanın sağalmaz yarası olan Dağlıq Qarabağ münaqişəsi ən ağrılı problemdir”.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Milli Məclisdə keçirilən “Türkdilli ölkələrin Parlament Assambleyasına üzv ölkələri son 25 ildə” adlı konfransda deyib.

O qeyd edib ki, Ermənistan tərəfindən problemin həllinə dair haqsızlıqların artması problemin həllinə başlıca maneədir. Səfir problemin tezliklə həllinin region üçün vacib amil olduğunu bildirib.