İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Virtual Qarabağ” İKT Mərkəzinin istehsal etdiyi yeni məhsulların təqdimatı olub

“Virtual Qarabağ” İKT Mərkəzinin istehsal etdiyi yeni məhsulların təqdimatı olub

30.11.2016

“Virtual Qarabağ” İKT Mərkəzinin istehsal etdiyi yeni məhsulların təqdimatı olub

Noyabrın 30-da Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin istehsal etdiyi yeni məhsulların – “Kəlbəcər - virtual səyahət” 3D qrafik təsvirli filminin, “Qarabağın geyimləri” elektron albomunun, “Virtual Qarabağ elektron kitabxanası”nın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni məhsulların məzmunu və xüsusiyyətləri barədə məlumat verib. Bildirilib ki, Azərbaycan və ingilis dilində istehsal olunan “Kəlbəcər – virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın işğal altındakı Kəlbəcər bölgəsinin tarixi abidələri, meydanları, qalaları, küçələri, müsəlman və xristian abidələri qrafik təsvirlə sanki canlandırılır, tamaşaçı Kəlbəcər rayonuna virtual səyahətə çıxır. Virtual kitabxanada Qarabağın tarixi, siyasi coğrafiyası, mədəniyyəti, işğal vəziyyətinə dair müxtəlif dillərdə kitablar elektron formatda toplanılıb.

Tədbirdə çıxış edənlər təqdim olunan elektron məhsulların tariximizin öyrənilməsində və gənc nəslə çatdırılmasında əhəmiyyətindən danışıb, “Virtual Qarabağ” İKT Mərkəzinin bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndiriblər.