İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ramiz Mehdiyev: “Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verməyib”

Ramiz Mehdiyev: “Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verməyib”

30.11.2016

“2016-ci il aprel hadisələrindən sonra Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin, çox təhlükəli vəziyyətdə əhəmiyyətli dəyişikliklər olmayıb”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqaləsində bildirilir.

Müəllif qeyd edib ki, nə iki ölkə prezidentlərinin görüşləri, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticə verib.

“Qarabağ probleminin həllində, danışıqların bərpasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kim söz verə bilməz ki, Dağlıq Qarabağdakı atəşkəs rejimi gələcəkdə ədalətli sülhlə nəticələnəcək. Axı əslində müharibə nə cəbhədə, nə diplomatik, nə də media məkanında bitib. Kimlər üçünsə Dağlıq Qarabağ uğrunda münaqişə biznes kimi, çirkin biznes və çirkin siyasət yürütmək baxımından sərf edir”, - deyə məqalədə vurğulanıb.