İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Ermənistan Dağlıq Qarabağ üzrə danışıqlardan yayınır

Elmar Məmmədyarov: Ermənistan Dağlıq Qarabağ üzrə danışıqlardan yayınır

01.12.2016

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan yayınır.

Trend-in məlumatına görə, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bakıda Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə keçirilən görüşdən sonra məbuat nümayəndələri üçün təşkil edilmiş brifinqdə deyib.

E.Məmmədyarov əlavə edib ki, rəsmi Yerevan Fransa tərəfinin Hamburqda "3+2" formatında görüş keçirilməsi təklifinə hələ də cavab verməyib:

"Bu isə o deməkdir ki, Ermənistan danışıqlardan yayınır, sülh prosesinə dəstək vermir".

Ermənistan tərəfinin Dağlıq Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi barədə bəyanatına münasibət bildirən Azərbaycan XİN rəhbəri bildirib ki, bu cür bəyanat danışıqlar prosesinə mənfi təsir göstərir.