İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Azərbaycan Ermənistanla istənilən formatda istənilən ünsiyyətə hazırdır

Elmar Məmmədyarov: Azərbaycan Ermənistanla istənilən formatda istənilən ünsiyyətə hazırdır

03.12.2016

Ermənistan Hamburqda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası zamanı "2+3" formatlı (Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədr ölkələrin xarici işlər nazirləri) görüşdə iştirak edəcəyini hələ təsdiqləməyib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə brifinqdə deyib.

E.Məmmədyarov qeyd edib: “Mən dünən bu barədə ATƏT-in xüsusi nümayəndəsi Anji Kaspşiklə danışmışam. O mənə aydın cavab vermədi. Azərbaycan, öz növbəsində, Ermənistanla istənilən formatda istənilən ünsiyyətə hazırdır. Lakin Hamburqda nazirlərin iştirakı ilə görüş keçirilməsi bu məsələyə tərəflərin ciddi yanaşdığını nümayiş etdirərdi”.

Onun sözlərinə görə, hazırda danışıqlar prosesində sakitlik müşahidə olunur:

“Biz Sankt-Peterburq görüşündən sonra danışıqlar prosesində müəyyən canlanma gözləyirdik. Lakin Ermənistan hər vəchlə danışıqlardan yayınmağa çalışır. Qoşunların təmas xəttində gərginlik həmişə olub və bunun səbəbi də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur”.