İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ombudsman: BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevin cəzalandırılmasını beynəlxalq hüquqa zidd hesab edir

Ombudsman: BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevin cəzalandırılmasını beynəlxalq hüquqa zidd hesab edir

09.12.2016

Trend:

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermən girovluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin qondarma “məhkəmə” tərəfindən cəzalandırılmasını beynəlxalq hüquqa zidd olduğunu hesab edir”. Trend-in məlumatına görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, bu məsələ ilə bağlı BQXK rəhbəri ilə görüşüb müzakirələr aparıb. O qeyd edib ki, məsələ ilə əlaqədar BQXK-dan Ombudsmanın müraciətlərinə cavab verilib:

"Cavabda qeyd olunub ki, onlar məsələnin siyasi aspektlərinə qarışa bilməz. Gərək 2 dövlət arasında danışıqlar aparılsın ki, onların ailələrinə görüş üçün icazə verilsin”.

E.Süleymanova qeyd edib ki, rəhbərlik etdiyi qurum daim məsələni diqqətdə saxlayır:

“Beynəlxalq Qızıl Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşür, onların məktublarını ailələrinə çatdırır. Dövlət çalışır ki, bu məsələ ədalətli həllini tapsın".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.