İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Əhmədov: Ermənistan münaqişənin həllini uzatmaq üçün görüşlərdən boyun qaçırır

Əli Əhmədov: Ermənistan münaqişənin həllini uzatmaq üçün görüşlərdən boyun qaçırır

10.12.2016

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini mümkün qədər uzatmağa çalışır və ona görə də ayrı-ayrı görüşlərdə iştirak etməkdən boyun qaçırmaq yolunu seçib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün baş tutmamasına münasibət bildirərkən deyib.

Ə.Əhmədov bildirib ki, Ermənistan öz qeyri-konstruktiv mövqeyindən əl çəkmir: “Ermənistan bu yolla münaqişənin nizama salınmasına əngəl törədir, status-kvonu qoruyub saxlamağa çalışır. Güman edirəm ki, Ermənistan rəhbərliyi çox yaxşı anlayır ki, münaqişə beynəlxalq hüquq normaları əsasında gec-tez həll olunacaq və Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılacaq. Əks halda Azərbaycan öz imkanları ilə bunu həll edəcək. Buna görə də Ermənistan münaqişənin həllini mümkün qədər uzatmağa çalışır, ayrı-ayrı görüşlərdə iştirak etməkdən boyun qaçırmaq yolunu seçir”.