İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Aİ Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstəyini davam etdirəcək

Aİ Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstəyini davam etdirəcək

15.12.2016

Trend:

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun işinə dəstək verməkdə davam edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard bildirib ki, bu yaxınlarda Hamburqda keçirilən zirvə görüşündə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb:

“Herbert Salber bu il beş dəfə Azərbaycana səfər edib və ümudvarıq ki, növbəti ildə də onun səfərləri baş tutacaq”.