İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun sərhəd kəndlərini intensiv atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun sərhəd kəndlərini intensiv atəşə tutmaqda davam edir

29.07.2014

Dünən gündüz saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakinləri gün ərzində və gecə saatlarında atəşin səngimədiyini bildiriblər.

Artıq kənddə gəzməyin mümkün olmadığı bildirilib. Kənd sakinləri son dörd gündə atəş səslərinin kəsilmədiyini deyiblər. Sakinlər evlərini tərk etməsələr də, sığınacaqlarda yaşamağa məcburdurlar.

Məlumata görə, yanan güllələrdən kəndi atəşə tutan ermənilərin məqsədi cüzi də ola ziyan verməkdir.

Kənd sakinlərinin bildirdiyinə görə, atışma zamanı həyəcanlanan Koxanəbi kənd sakini, 1995-ci il təvəllüdlü Salatın Babayevanın halı pisləşib. Kənd sakini dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra S. Babayeva evə buraxılıb.