İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

MM sədri: “Apreldə Ermənistan Azərbaycanın nəyə qadir olduğunu öz üzərində hiss etdi”

MM sədri: “Apreldə Ermənistan Azərbaycanın nəyə qadir olduğunu öz üzərində hiss etdi”

23.12.2016

“Bu ilin aprel ayında işğalçı Ermənistan Azərbaycanın nəyə qadir olduğunu öz üzərində hiss etdi”.

Milli Məclisin mətbuat xidmətindən APA verilən məlumata görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O qeyd edib ki, Azərbaycan problemin sülh yolu ilə həllinə tərəfdardır: “İnanırıq ki, gec-tez bu məsələ öz ədalətli məntiqi nəticəsini tapacaq”. 

İ. Kahraman isə Dağlıq Qarabağ məsələsində Türkiyənin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyərək, problemin tezliklə öz həllini tapacağına inamını ifadə edib.