İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dağlıq Qarabağda erməni əsgər iki hərbçini güllələyib

Dağlıq Qarabağda erməni əsgər iki hərbçini güllələyib

05.01.2017

İşğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunan Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində insident baş verib.

APA-nın məlumatına görə, cəbhə xəttində yerləşən hərbi hissədə başqasının əvəzinə döyüş postuna çıxmaqdan imtina edən əsgər Haykaz Babeyan adlı hərbi qulluqçu bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sarkisyan tərəfindən döyülərək ciddi bədən xəsarəti alıb.

Fiziki təzyiqlərə məruz qalan, H. Babeyan avtomat silahından atəş açaraq gizir M.Sarkisyanı ayağından və adı hələlik açıqlanmayan digər müqavilə əsasında hərbi xidmətdə olan əsgər yoldaşını qarnından yaralayıb.

Yaralılar dərhal Xankəndidəki hərbi hospitala çatdırılıb. Gizir M.Sarkisyanın vəziyyətinin sabit olduğu, digər yaralının isə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Məlumata görə, hadisə baş verən hərbi hissə komandanlığı hadisəni gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə baş vermiş faktı rəhbərliyə bədbəxt hadisə kimi təqdim edib. Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, erməni ordusunda qarşılıqlı münasibətlər, nizamnamə və döyüş növbətçiliyi qaydalarının pozulması halları son vaxtlar artıb. Erməni tərəfinin yaydığı rəsmi məlumatlara görə, təkcə ötən ilin noyabr ayında buna bənzər iki hadisə baş verib. Belə ki, noyabrın 13-də döyüş növbətçiliyi qaydalarının kobud surətdə pozulması nəticəsində əsgər Vardan Arakelyan adlı hərbi qulluqçu kiçik çavuş tərəfindən açılan atəşdən yerindəcə ölüb.

Digər hadisə isə noyabrın 22-də qarovul xidmətində olarkən A.Nersesyanla Aznavur Baleyan arasında baş vermiş mübahisə nəticəsində törədilib. Bildirilir ki, başından güllə yarası alan A.Baleyan hələ də Yerevandakı mərkəzi hərbi hospitalın reanimasiya şöbəsində müalicədədir.