İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN: Ermənistanın bu alçaq davranışı yalnız terrorçulara məxsus yanaşmadır

Azərbaycan XİN: Ermənistanın bu alçaq davranışı yalnız terrorçulara məxsus yanaşmadır

09.01.2017

Trend:

"Beynəlxalq humanitar hüquqa, xüsusilə Cenevrə konvensiyalarına uyğun olaraq həlak olmuş hərbi qulluqçunun meyiti dərhal qaytarılmalı olduğu halda, Ermənistanın törətdiyi təxribatdan on gündən artıq müddət keçməsinə baxmayaraq, rəsmi Yerevan hərbi qulluqçumuzun meyitini qaytarmaqdan imtina edir. Ermənistan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə edilmiş müraciətləri cavabsız qoyur".

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, bu günlərdə Ermənistan silahlı qüvvələrinin rəhbərliyinin hərbçimizin meyitinin hələ də onlarda olduğunu deməsi Ermənistanın siyasi-hərbi rəhbərliyinin sivil davranışdan nə dərəcədə uzaq olmasının növbəti ifşasıdır:

"Cəsədin dərhal geri qaytarılmasının təmin olunması humanitar, mənəvi-əxlaqi məsələ olmaqla bərabər, beynəlxalq humanitar hüququn ciddi tələbidir. Ermənistanın azərbaycanlı hərbi qulluqçunun cəsədini geri qaytarmaması, cəsəddən qisas almaq, cəsədləri fiziki və psixoloji işgəncə obyektinə çevirməsi sıradan bir hal olmayaraq, Ermənistanın yürütdüyü dövlət siyasətinin tərkib hissəsidir ki, biz bunun dəfələrlə şahidi olmuşuq. Bu cür alçaq davranış əsgər və zabit şərəfinə sığmayaraq, yalnız terrorçulara məxsus yanaşmadır".

XİN rəsmisi əlavə edib ki, müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə şəhid olmuş hərbi qulluqçu Çingiz Qurbanovun cəsədinin geri qaytarılması üçün səylər davam etdiriləcək.

Azərbaycanın diplomatik nümayəndəlikləri sözügedən məsələni davamlı surətdə beynəlxalq təşkilatlar qarşısında qaldırırlar.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.