İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ATƏT-in Minsk qrupu Azərbaycan hərbçisinin meyitinin dərhal vətənə qaytarılmasına çağırır

ATƏT-in Minsk qrupu Azərbaycan hərbçisinin meyitinin dərhal vətənə qaytarılmasına çağırır

10.01.2017

ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri Ermənistanı Azərbaycan hərbçisinin meyitini dərhal vətənə qaytarmağa çağırır.

Trend-in məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında yayılan bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, atəşkəs rejiminin pozulması qəbuledilməzdir və həmsədrlər tərəfləri vəziyyətin sabitləşməsi üçün zəruri tədbirlər görməyə çagırır.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.