İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ATƏT sədri Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

ATƏT sədri Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

12.01.2017

Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, ATƏT sədri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə Rusiya-Avstriya münasibətləri, ATƏT çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bundan başqa, ATƏT məkanındakı münaqişələr, o cümlədən Daglıq Qarabag problemi və Ukrayna məsələsi də müzakirə mövzusu olacaq.