İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ISESCO Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat yayıb

ISESCO Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat yayıb

17.01.2017

Elm, Təhsil və Mədəniyyət Məsələləri üzə İslam Təşkilatı (ISESCO) işğal olunmuş Dağlıq Qarabağ ərazisinin müxtəlif zonalarında atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən pozulmasını və Azərbaycanla gərginliyin artmasını pisləyib. APA-nın məlumatına görə, bu barədə ISESCO-nun bəyanatında deyilir.

Bəyanatda bildirilib ki, təşkilat Ermənistan Silahlı Qüvvələrinin bu hərəkətini beynəlxalq hüququn kobud şəkildə pozulması və üzv dövlətə qarşı təcavüz kimi qiymətləndirir.