İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dağlıq Qarabağ münaqişəsi Rusiya və Avstriya XİN rəhbərlərinin görüşündə müzakirə olunub

Dağlıq Qarabağ münaqişəsi Rusiya və Avstriya XİN rəhbərlərinin görüşündə müzakirə olunub

19.01.2017

Dağlıq Qarabağ münaqişəsi Rusiya xarici işlər naziri Sergey Lavrovun avstriyalı həmkarı Sebastyan Kurtsla Moskvadakı görüşü zamanı müzakirə olunub.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O deyib ki, bu məsələ ATƏT sədrliyinin Avstriyaya keçməsi kontekstində digər məsələlərlə birgə müzakirə olunub.