İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ziyafət Əsgərov: Dağlıq Qarabağın müstəqilliyindən söhbət gedə bilməz

Ziyafət Əsgərov: Dağlıq Qarabağın müstəqilliyindən söhbət gedə bilməz

25.01.2017

“Biz həmişə demişik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür”.

Bunu Trend-ə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkünlüyü həmişə Prezident İlham Əliyev tərəfindən deyilir:

“Biz cənab Prezidentin bu mövqeyini həmişə müdafiə etmişik və bu gün də müdafiə edirik. Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. O ki qaldı, Dağlıq Qarabağın statusu məsələsinə, bu, müzakirə obyekti ola bilər. Dağlıq Qarabağa Muxtar Respublika statusu verilə bilər. Amma bu müzakirə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ola bilər”.

Z.Əsgərov bildirib ki, Dağlıq Qarabağın müstəqilliyindən söhbət gedə bilməz:

"Çünki Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Dağlıq Qarabağ əvvəl də Muxtar Vilayət olub. Əgər həqiqətən onlar bu məsələnin həllini istəyirlərsə, biz onlara ancaq ən yüksək status - muxtariyyət statusu verə bilərik. Müstəqillikdən isə söhbət gedə bilməz. Bu məsələ Azərbaycanın əarzi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.