İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qənirə Paşayeva AŞ PA-nı Suriya erməniləri ilə bağlı Ermənistana təzyiq göstərməyə çağırıb

Qənirə Paşayeva AŞ PA-nı Suriya erməniləri ilə bağlı Ermənistana təzyiq göstərməyə çağırıb

27.01.2017

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasını (AŞ PA) Suriya ermənilərini işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirən Ermənistana təzyiq göstərməyə çağırıb.

Trend-in məlumatına görə, AŞ PA-da Suriyada baş verən faciələrlə bağlı müzakirələr zamanı çıxış edən millət vəkili Q.Paşayeva Ermənistan hökumətinin Suriyadan köçkün düşmüş erməniləri öz çirkin oyunlarına alət etdiyini söyləyib və buna son qoyulması üçün AŞ PA-nı Ermənistana təzyiq göstərməyə çağırıb:

”Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətindən asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu, beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda bu, insani dəyərlər baxımından da doğru yanaşma deyil. Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoyulmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm. Ermənistan dövləti onları Ermənistanın bölgələrinə deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməklə həm onlara, həm də AŞ PA-nın da üzərində dayandığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Assambleyamızda bir neçə dəfə AŞ-nin baş katibi, AŞ PA prezidenti tərəfindən də münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vuran, vəziyyətin daha da gərginləşdirilməsinə səbəb olan addımların atılmaması barədə çağırışlar edilib. Biz Ermənistanı bu çağırışlara əməl etməyə, Suriyadan münaqişə nəticəsində köçkün düşmüş insanların münaqişə bölgələrinə köçürülməsinə son verilməsinə və məruzəçimizi də bu məsələyə xüsusi diqqət yetirməyə çağırırıq".

Millət vəkili bildirib ki, AŞ PA Ermənistana buna son vermək üçün təzyiq göstərməlidir.