İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənistanda parlament seçkiləri və onun Dağlıq Qarabağ münaqişəsinə təsiri

Ermənistanda parlament seçkiləri və onun Dağlıq Qarabağ münaqişəsinə təsiri

30.01.2017

2017-ci il aprelin 2-də Ermənistanda parlament sekçiləri keçiriləcək. 2015-ci ilin dekabrındakı Konstitusiya dəyişikliklərindən sonra Ermənistan yarımprezident üsul-idarəsindən parlamentli siyasi sistemə keçib. Dəyişikliklərə əsasən prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə əksinə, artırılıb. Ermənistan seçiciləri ilk dəfə olaraq deputatları yeni siyasi sistemlə seçəcək.

Parlament seçkisi Ermənistan prezidenti Serj Sarqsyanın ikinci səlahiyyət müddətinin bitiminə 1 il qalmış baş tutacaq. Bununla da Ermənistanda yeni siyasi sistemə keçid başa çatacaq. Bundan başqa, ölkənin yeni prezidentini də apreldə seçiləcək yeni parlament müəyyənləşdirəcək. Bundan sonra Ermənistan prezidenti sadəcə formal səlahiyyətlərə malik olacaq.

İndi, Yerevan seçkiöncəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar  prosesini dondurmağa çalışır. Bu isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa zidd olaraq, status-kvonun qorunub saxlanmasına yönəlib.

Amma Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 2016-cı ilin aprelində baş vermiş toqquşmaların nəticələri status-kvonun dəyişdiyini göstərir. O zaman Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin təxribatlarına uğurlu əks-həmlə ilə cavab verib və 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra ilk dəfə olaraq işğal altındakı ərazilərdə yerləşən bir neçə strateji yüksəkliyi geri qaytarıb.

Sonradan “4 günlük müharibə” adlandırılan həmin toqquşmaları beynəlxalq vasitəçiliklə dayandırmaq mümkün olub. Bununla yanaşı, aprel toqquşmaları genişmiqyaslı müharibənin qarşısının alınması üçün münaqişənin tam həlli üçün səy göstərilməsinin vacibliyini də ortaya qoyub.

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərindən sonra təmas xəttində atəşkəs rejimi əsasən qorunub saxlanır. Lakin bu dövrdə Ermənistan ənənəvi təxribatçı siyasətindən istifadə etməyə, yəni qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa cəhd göstərib. Halbuki, belə cəhdlər danışıqlar prosesinin ruhuna ziddir.

Beynəlxalq təşkilatlar və dövlətlər Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmalı olduğunu qəbul edir. Bu məsələlər beynəlxalq təşkilatların sənədlərində də əksini tapıb və hüquqi müstəvidə təsdiqlənib. Buna ilk öncə BMT Təhlükəsizlik Şurasının qətnamələri daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların qərarlarını misal göstərmək olar.

Bundan başqa, 2015-ci il iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqovlar və başqaları Ermənistana qarşı” işi haqda qərar çıxarıb. Qərarda şikayətçilərin hüquqlarının Azərbaycan Respublikasının suveren ərazisində pozulduğu təsdiqlənir və göstərilir ki, onların hüquqları Azərbaycan ərazisini işağl etmiş Ermənistan Respublikası tərəfindən pozulub. O zaman Avropa məhkəməsinin şikayətçilərin hüquqlarının pozulduğunu təsdiqləməsi üçün ilk öncə Ermənistanın işğal altındakı ərazilərə effektli nəzarəti sübut olunmalı idi. Məhkənin hökmü göstərir ki, Ermənistan təkcə Laçın rayonunda deyil, həm də Dağlıq Qarabağ və ona bitişik 7 rayonunda effektli nəzarətə malikdir. Qərara əsasən, Ermənistan Respublikası azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və indiki vəziyyətə görə Ermənistan Respublikası məsuliyyət daşıyır.

Hələ 1907-ci ildə Haaqa Konvesiyasında quruda həyata keçirilən müharibə qaydaları və qanunlarına hörmət edilməsinə qərar verilib. 1949-cu ildə isə Cenevrə Konvensiyasında müharibə vaxtı mülki vətəndaşların hüquqlarının qorunması məsələsi əks olunub. Bütün bunlara əsasən demək olar ki, məhkəmə effektli nəzarət dedikdə işğal faktına işarə edir. Beləliklə, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi Avropa İnsan Haqları Məhkəməsi tərəfindən də təsdiq olunub. Bu qərar hüquqi gücə malikdir və məhkəmənin hökmünü heç bir dövlət, yaxud təşkilat rədd edə bilməz.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu yaxınlarda qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərdən tam və qeyd-şərtsiz çıxarılması məsələsi beynəlxalq təşkilatların tələbidir və bu, Ermənistan tərəfindən kompromis kimi təqdim edilə bilməz. Nazir bundan siyasi məsələlərin həllində əlavə üstünlük kimi istifadə edilməsinin də yolverilməz olduğunu söyləyib.

 

Nəcibə MUSTAFAYEVA,

MODERN DIPLOMACY