İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN rəhbəri: “İşğal olmuş rayonları bir-bir azad edəcəyik”

Azərbaycan XİN rəhbəri: “İşğal olmuş rayonları bir-bir azad edəcəyik”

31.01.2017

"Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik".

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, bu, birinci addımdır: "Amma gec-tez məsələsi var. Beynəlxalq təşkilatlarla danışıqlar gedir. Bu bir günlük proses deyil. Gərək təqdim edəsən, cəlb edəsən. İlk növbədə Azərbaycan hökuməti edəcək. Amma beynəlxalq təşkilatlarla təmaslar davam edir. Gərək yollar, su ilə bağlı arayışlar təqdim edilsin".