İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Jerusalem Post: Dünya Xocalı soyqırımının qanlı tarixindən dərs almalıdır

Jerusalem Post: Dünya Xocalı soyqırımının qanlı tarixindən dərs almalıdır

03.02.2017

Minlərlə azərbaycanlı 2017-ci il yanvarın 27-də Beynəlxalq Holokost qurbanlarının anım gününə qatılıb. Çünki Azərbaycan Xocalı soyqırımının qanlı tarixinə şahidlik edib.

Trend-in məlumatına görə, bu barədə İrqçilik və və Antisemitizm Əleyhinə Beynəlxalq Liqanın (LICRA) Azərbaycan bölməsinin nümayəndə heyətinin sədri Səid Musayevin Xocalı soyqırımının ildönümünə həsr olunmuş məqaləsində qeyd edilib.

İsrailin nüfuzlu “Jerusalem Post” qəzetində dərc olunan məqalədə yazılıb: “Biz unutmamalıyıq. Çünki bizim borcumuzdur ki, Holokost, Xocalı və digər soyqırım qurbanlarının xatirəsinin unudulmaması və gələcəkdə bu cür vəhşiliklərin qarşısının alınması üçün əlimizdən gələni edək”.

Müəllif öz məqaləsində qeyd edir ki, yəhudi və azərbaycanlıların səyləri ədalətin əldə olunması, xatirələrin qorunub saxlanması, eləcə də bu cür hadisələrin qarşısının alınması məqsədilə birləşdirilməlidir.