İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Mərakeş səfiri: "Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik"

Mərakeş səfiri:

07.02.2017

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşı qəbul edib.

Komitədən APA-ya verilən məlumata görə, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Komitə sədri ölkəmizdəki dövlət-din münasibətləri barədə danışıb: “Tolerantlıq mühiti ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinə uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Azərbaycan prezidenti İlham Əliyevin ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısıdır”.

M. Qurbanlı bildirib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi ili” elan etməsi olduqca mühüm tarixi, eyni zamanda mənəvi-siyasi əhəmiyyət kəsb edən məsələdir: “Ölkə başçısının Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi təkcə din baxımından deyil, digər aspektlər baxımından da vəzifələri müəyyənləşdirir ki, bunları həyata keçirməklə İslam dünyasında dövlətlərarası, xalqlararası yaxınlaşmanı sürətləndirə bilərik. İslam dini bizi birləşdirir və ortaq dəyərimizdir. Bu ortaq dəyərlərimizə yönəlik pozuculuq əməllərinin qarşısını almaq üçün fəaliyyəti daha da genişləndirməliyik”.

Səfir Azərbaycanda qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq ölkəmizdəki sabitliyin, dini dözümlülüyün, burada yaşayan xalqlar arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsinin əyani şahidi olduğunu deyib.

Səfir İslamın əsl qayəsinin dünyaya olduğu kimi çatdırılması baxımından “İslam həmrəyliyi ili”nin elan edilməsinin önəminə diqqət çəkib. Təmsil etdiyi ölkənin Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsünü alqışladığını vurğulayıb. Bu münasibətlə təşkil ediləcək bütün tədbirlərə dəstək verməyə, iştirak etməyə hazır olduqlarını  bildirib.

Azərbaycan və Mərakeşin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə etdiklərini vurğulayıb, iki ölkənin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyətini qeyd edib.