İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: “Yunanıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”

Səfir: “Yunanıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”

10.02.2017

“Yunanıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”.

APA-nın məlumatına görə, bunu Yunanıstanın Azərbaycandakı səfiri Dimitros Tsounqas dedi.

“Yunanıstan ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli ilə bağlı səyləri dəstəkləyir. Azərbaycanı dəstəkləmək məsələsində Yunanıstan başqa cür hərəkət edə bilməz. Yunanların da Kiprdə oxşar problemi var. Bu mübahisə 40 ildən çoxdur davam edir. Mən sizin ölkəyə bu məsələdə səbr diləyirəm”, - deyə səfir vurğulayıb.