İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avstraliyalı senator: Bu, Ermənistana heç bir xeyir gətirməyəcək

Avstraliyalı senator: Bu, Ermənistana heç bir xeyir gətirməyəcək

15.02.2017

Ötən gün Avstraliya parlamentində erməni qoşunlarının dinc Azərbaycan əhalisinə qarşı törətdiyi Xocalı soyqırımı məsələsi müzakirə olunub.

Trend-in məlumatına görə, müzakirələr zamanı Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qurpunun üzvü, senator Kris Bek çıxış edib.

O deyib: “Bir neçə gün sonra Azərbaycan xalqının tarixindəki qanlı hadisələrdən biri olan, hazırda Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Xocalı şəhərində 600-dən çox sakinin öldürülməsinin 25 ilidir”.

Senatorun sözlərinə görə, Xocalı soyqrımının müzakirəsi hər bir kəsə bu cür hadisələrin böyük itkilərə gətirib çıxarcağını və gələcək nəsillərə təsirsiz ötüşməyəcəyini düşünməyə imkan verir.

O qeyd edib ki, bu hadisələr tarixin faciəvi səhifələri arasında qalacaq və əlbəttə ki bu, Ermənistana nə gələcək baxımından, nə də qonşu ölkələrlə münasibətləri baxımından heç bir xeyir gətirməyəcək.

Senator bildirib ki, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları humanitar böhranın ən pis formasının bir nümunəsidir: “Uğurlu vasitəçilik olmadan bu ərazilərdə hərbi münaqişənin yaranması təhlükəsi mövcuddur. Bu isə iki ölkə arasında və ümumiyyətlə, Qafqaz regionunda sabitliyin pozulmasına gətirib çıxaracaq”.