İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nalbandyan-Lavrov görüşündə Qarabağ nizamlanması müzakirə olunacaq

Nalbandyan-Lavrov görüşündə Qarabağ nizamlanması müzakirə olunacaq

15.02.2017

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan fevralın 21-22-də Rusiyaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

O, səfər çərçivəsində E. Nalbandyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyini söyləyib. M. Zaxarova qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.