İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müdafiə naziri həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlandırılması üçün göstəriş verib

Müdafiə naziri həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlandırılması üçün göstəriş verib

01.08.2014

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş tapşırığını yerinə yetirərkən həlak olmuş və yaralanmış hərbi qulluqçuların mükafatlara təqdim olunmaları barədə göstəriş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən, yaralılara yüksək ixtisaslı tibbi yardım göstərilməsi üçün hərbi həkimlərdən ibarət mütəxəssis qrupu yaralıların müalicə olunduğu hərbi hospitala göndərilib.

Z. Həsənov bir daha şəhid olmuş hərbi qulluqçuların ailələrinə, valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir!

Qeyd edək ki. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın ediblər. Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin bütün həmlələrini dəf edib. Şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.