İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

BQXK ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə görüşüb

BQXK ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə görüşüb

16.02.2017

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşları Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Elnur Hüseynzadəyə baş çəkiblər.

Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilir ki, BQXK əməkdaşları fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən, Tərtər rayonu, Talış kəndi istiqamətində saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü, Hüseynzadə Elnur Elman oğluna baş çəkiblər.

Başçəkmə E.Hüseynzadənin hazırda saxlandığı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində həyata keçirilib. BQXK mandatına uyğun olaraq, E.Hüseynzadənin saxlanma şəraitini və onunla davranışı monitorinq edib.