İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Əhmədov: "Dağlıq Qarabağda planlaşdırılan "referendum" Ermənistanın növbəti təxribatıdır”

Əli Əhmədov:

16.02.2017

“Bütün dünya - istər ölkələr, istərsə də beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov Dağlıq Qarabağdakı separatçı rejimin keçirəcəyi referenduma münasibət bildirərkən deyib.
 
Ə. Əhmədov bildirib ki, problemin bu günə qədər həll olunmaması dünyanın bu yanaşmasının dəyişməsi anlamına gəlmir: “Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər. Azərbaycan xalqı və hökuməti Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezidentin də qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək. Azərbaycanın bir qarış torpağı da ondan qoparıla bilməz. Dağlıq Qarabağın Azərbaycandan ayrılması müzakirə predmeti deyil, olmayıb və olmayacaq.

O ki qaldı ermənilər və ya kimlərinsə haradasa "referendum" keçirməsinə, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə, Dağlıq Qarabağın Azərbaycana adi olub-olmamasına heç bir aidiyyəti yoxdur. Kimlərsə gününü xoş keçirmək üçün bu "referendum"u keçirirsə, keçirsinlər. Təbii ki, Azərbaycan xalqı və hökuməti, beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli ilə məşğul olanlar bu "referendum"u tanımayacaq. Lakin bu "referendum" münaqişənin həlli istiqamətində atılan addımları bir qədər çətinə sala bilər. Bu, Ermənistan tərəfinin növbəti təxribatı kimi qiymətləndirilməlidir”.