İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ təmas xəttində gərginliyin artmasından narahatdır

ABŞ təmas xəttində gərginliyin artmasından narahatdır

02.08.2014

APA. ABŞ iyulun 31-də təmas xəttində itkilərin əhəmiyyətli dərəcədə artmasına səbəb olan zorakılığın kəskinləşməsindən narahatlığını ifadə edib.

“Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri gərginliyi dərhal azaltmağa və atəşkəsə riayət etməyə çağırırıq. Münaqişənin hərb yolu ilə həlli mövcud deyil. Cavab zərbəsi və ya zorakılığın davamı, sülh yolu ilə həllin əldə edilməsini daha da çətinləşdirəcək”, - deyə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

ABŞ Ermənistan və Azərbaycan prezidentlərini vacib məsələlər ətrafında dialoqu davam etdirmək üçün tez bir zamanda görüşməyə çağırıb. “Biz həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin sülh razılaşmasının əldə edilməsinə yardımçı ola biləcək danışıqlar prosesinə başlanılmasına dair təklifini qəbul etməyə çağırırıq. Biz Minsk Qrupu prosesini dəstəkləyirik və davamlı həll yolu üçün səylərə yardım etməyə hazırıq”, - deyə Dövlət Departamentinin məlumatında qeyd olunur.