İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

BMT-dəki səfir: ABŞ Minsk Qrupunun Qarabağ münaqişəsinin həllinə olan yanaşmasına sadiqdir

BMT-dəki səfir: ABŞ Minsk Qrupunun Qarabağ münaqişəsinin həllinə olan yanaşmasına sadiqdir

22.02.2017

ABŞ Dağlıq Qarabağ münaqişəsinə dair Minsk Qrupunun problemin dinc vasitələrlə davamlı həllinə olan yanaşmasına sadiqdir və tərəfləri atəşkəsə riayət etməyə, etimadın möhkəmlənməsi üzrə razılaşdırılmış tədbirləri həyata keçirməyə və danışıqları bərpa etməyə çağırır.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu bu ölkənin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Nikki Heley BMT-in Təhlükəsizlik Şurasının “Avropada Təhlükəsizlik” Sessiyasındakı çıxışı zamanı deyib.