İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

RF XİN: Moskva Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin pisləşməsindən narahatdır

RF XİN: Moskva Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin pisləşməsindən narahatdır

02.08.2014

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Mariya Zaxarova bəyan edib.

O, qeyd edib: "Dağlıq Qarabağ münaqişəsi zonasında xeyli insan itkisinə səbəb olan vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar ciddi narahatıq. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk.

Son hadisələrə atəşkəs haqqında razılaşmanın və nizamlanmaya siyasi yollarla nail olmaq barədə bəyanatların ciddi şəkildə pozulması kimi baxırıq. Bundan çıxış edərək bildiririk ki, gələcək eskalasiya yolverilməzdir".

Onun sözlərinə görə, RF XİN qarşıdurmanın bütün iştirakçılarını təmkinli olmağa, güc tətbiqindən imtinaya və vəziyyətin sabitləşməsi üçün təcili tədbirlər görməyə çağırır.