İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Oqtay Əsədov: Azərbaycana qarşı soyqırım siyasətinin təşkilatçıları bəzi kənar qüvvələr, icraçıları isə erməni şovinistləri olub

Oqtay Əsədov: Azərbaycana qarşı soyqırım siyasətinin təşkilatçıları bəzi kənar qüvvələr, icraçıları isə erməni şovinistləri olub

24.02.2017

Xocalı soyqırımı xalqımıza qarşı həyata keçirilən işğalçılıq, etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün parlamentdə Xocalı soyqırımı ilə bağlı keçirilən plenar iclasda deyib.

O qeyd edib ki, bu siyasətin 200 ildən artıq tarixi var: “Bunun təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirməyə çalışan bəzi kənar qüvvələr, icraçıları isə erməni şovinistləri olub. Təəssüf ki, müəyyən dövrə qədər erməni şovinistləri havadarlarının dəstəyindən istifadə edərək öz çirkin məqsədlərinə nail ola bilmişlər. Ötən əsrdə yüz minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, Azərbaycanın əzəli torpaqları olan İrəvan, Göyçə, Zəngəzur mahallarında və digər ərazilərində erməni dövləti qurulub, Qarabağda ermənilərə əsassız olaraq müxtariyyət verilib. 25 ildir ki, Azərbaycan ərazisinin 20 faizi erməni işğalı altındadır, bir milyondan artıq insan öz dogma yurdlarından didərgin düşüb”.

O.Əsədov vurğulayıb ki, işğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı bir neçə soyqırım cinayəti törədilib, Xocalı soyqırımı isə miqyasına görə ən dəhşətlisi olub.

Spiker bildirib ki, bu vəhşiliyi törətmiş cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcəklər və öz cəzalarını alacaqlar, Azərbaycan gec-tez işğal edilmiş ərazilərini azad edəcək.