İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Novruz Məmmədov: Erməni tarixi soyqırım damğasını daim daşıyacaq

Novruz Məmmədov: Erməni tarixi soyqırım damğasını daim daşıyacaq

25.02.2017

Erməni tarixi soyqırım damğasını daim daşıyacaq.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Facebook" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Soyqırım, bəşər tarixinin hansı dövründə baş verməsindən asılı olmayaraq, dinc insanlara divan tutaraq qətlə yetirmənin ən dəhşətli formasıdır. Belə bir vəhşiliyi 21-ci yüzilliyin astanasında özlərini bir əsrdir soyqırım “qurbanı” kimi təqdim etməyə cəhd göstərən ermənilərin həyata keçirməsi isə elə həmçinin onların faciəsidir. Bu soyqırım damğasını erməni tarixi daim daşıyacaqdır".