İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Binəli Yıldırım: "Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq”

Binəli Yıldırım:

28.02.2017

“Türkiyə olaraq Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”.

APA-nın “Milliyet"ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım partiyasının parlament qrupunun toplantısında çıxışı zamanı deyib.

B. Yıldırım təmas xəttində baş verən son toqquşma zamanı həlak olan Azərbaycan əsgərlərinə rəhmət diləyib: “Azərbaycan xalqının acısını paylaşırıq. Ermənistan-Azərbaycan müharibəsi, Dağlıq Qarabağ bölgəsi illərdir qanayan yaradır. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal edilib və bu günə kimi problem həll olunmayıb. Qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanındayıq”.