İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bahar Muradova: Cəbhədəki gərginlik hələ səngiməyib

Bahar Muradova: Cəbhədəki gərginlik hələ səngiməyib

01.03.2017

"Son günlər cəbhədə çox ciddi gərginliklər olub. Lakin bu gərginlik hələ səngiməyib və hələ də hiss olunmaqdadır".

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Hər il Xocalı faciəsinin ildönümü ərəfəsində ermənilər tərəfindən təmas xəttində belə təxribatların törədildiyini deyən B.Muradova bu təxribatların insan itkisi ilə nəticələnməsinə təəssüf etdiyini də söyləyib:

“Ermənilər bu təxribatla həm də cəbhəyanı bölgədə yaşayan dinc insanların rahat yaşamaq hüquqlarını pozurlar. Bu da bizim diqqətimizdə olan məsələlərdəndir. Biz bununla bağlı, eyni zamanda, həyatını itirən insanların ailələrinin, dinc insanların müraciətlərini beynəlxalq təşkilatlara çatdırmalıyıq”.

Bir necə gün əvvəl Cocuq Mərcanlı kəndində olduğunu deyən B.Muradova orada artıq qızğın işlərin aparıldığını, ərazilərin minalardan təmziləndiyini, tikililərin bünövrəsinin qoyulduğunu da nəzərə çatdırıb: “23 ildir həmin ərazidə tək yaşayan Həziyevlər ailəsi ilə görüşdüm. Həmin insanlar bu illər ərzində orada yaşamaqla böyük qəhrəmanlıq göstəriblər”.