İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qətiyyətli addımlar atmalıyıq

Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qətiyyətli addımlar atmalıyıq

01.03.2017

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qətiyyətli addımlar atmalıyıq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində çıxışı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, bu toplantı hər nə qədər iqtisadi sammit olsa da, əsl məqsəd siyasətdir, siyasi yanaşmadır:

"Hər hansı məsələdə addım atarkən siyasəti bir kənara qoymaq mümkün deyil".

Türkiyənin dövlət başçısı bir çox müsəlman ölkələrinin problemləri olduğunu bildirib:

"Əfqanıstanın, Azərbaycanın sıxıntıları var. Dağlıq Qarabağ problemi var. 20 ildən çoxdur davam edən bu münaqişə ilə bağlı bir nəticə əldə olunmadı. Bu məsələdə həm İqtisadi Əməkdaşlıq Təşkilatı, həm də İslam Əməkdaşlıq Təşkilatı olaraq qətiyyətli addımlar atmalıyıq. Ermənistanın işğalçılıq siyasəti məsələsini hər toplantıda qaldırmalıyıq".