İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiya və Ermənistan başçıları görüşür - Dağlıq Qarabağı müzakirə edəcəklər

Rusiya və Ermənistan başçıları görüşür - Dağlıq Qarabağı müzakirə edəcəklər

13.03.2017

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-15-də Rusiya prezidenti Vladimir Putinin dəvətilə Moskvaya yola düşəcək.

Trend xəbər verir ki, Kremlin mətbuat xidmətinin yadığı məlumata görə, martın 15-də yüksək səviyyədə keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin inkişaf prespektivləri, iqtisadi münasibətlər müzakirə ediləcək.

Kremlin yaydığı məlumatda həmçinin aktual regional problemlərin, ən əsasi isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə ediləcəyi də qeyd olunub.