İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransalı senator: İstənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır

Fransalı senator: İstənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır

13.03.2017

“Azərbaycanın torpaqları işğal olunub, yaxşı olardı ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Ancaq hansı yolla olur-olsun, bu torpaqlar Azərbaycana qaytarılmalıdır, Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir və öz torpaqları üzərində nəzarəti bərpa etməlidir”.

Trend-in məlumatına görə, bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bu gün Milli Məclisdə keçirilən görüşdə deyib.

A.Reyşar deyib: “Biz çox gözəl başa düşürük ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi kimi qayğısı mövcuddur. Biz - burada əyləşən şəxslərin hər biri artıq bu barədə yetərincə məlumata malikik. Biz Fransada fəal iş aparırıq ki, Azərbaycanın haqq işinə dəstək verək”.

A.Reyşar vurğulayıb ki, ötən ilin aprel ayında baş verən hücumlar artıq narahatlığın pik həddində olduğunu göstərir: “Bu onu göstərdi ki, münaqişənin hərbi yolla həlli arzuolunan deyil. Ancaq istənilən yolla Azərbaycan öz torpaqlarını geri qaytarmalıdır. Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəmizi verməyə hazırıq”.