İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransada “Xocalı 613” musiqi əsərinin diski çıxıb

Fransada “Xocalı 613” musiqi əsərinin diski çıxıb

13.03.2017

Fransanın www.larevueduspectacle.fr saytında “Xocalı 613”, musiqi-xatirə stelası” adlı məqalə dərc olunub. 
 
Məqalədə fransalı bəstəkar Pyer Tiluanın klarnet, skripka və simfonik orkestr üçün yazdığı “Xocalı 613” əsərinin diskinin çıxmasından xəbər verilib.
 
Bildirilib ki, “Xocalı 613” əsəri Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində 1992-ci ildə Xocalı şəhərində qətlə yetirilmiş günahsız mülki şəxslərin xatirəsinə ithaf edilib. Qeyd edilib ki, torpaqlarımızı qeyri-qanuni işğal edən Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə riayət etmir.
 
Orkestrin həmin faciəni olduğu kimi təsəvvürlərdə canlandırdığı, müharibənin dəhşətlərini əks etdirdiyi diqqətə çatdırılıb.
Müluz şəhərindəki “İki dünya” adlı musiqi festivalı çərçivəsində lentə alınan “Xocalı 613” əsərinin Fuad İbrahimovun dirijorluğu ilə Alən Tuaron (klarnet), Sabina Rakçeyeva (skripka) və Müluz şəhər simfonik orkestri tərəfindən ifa edildiyi qeyd edilib.
 
Bildirilib ki, ermənipərəst şəxslər hər dəfə “Xocalı 613” əsəri ilə təşkil olunan konsertlərin ləğv edilməsinə və ona mane olmağa çalışıblar.