İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Maksim Şevçenko: Ermənistanın həyata keçirdiyi etnik təmizləmələr diqqətdən kənarda qalmamalıdır

Maksim Şevçenko: Ermənistanın həyata keçirdiyi etnik təmizləmələr diqqətdən kənarda qalmamalıdır

14.03.2017

Ermənistan tərəfindən həyata keçirilən deportasiyalar və etnik təmizləmələr diqqətdə kənarda qalmamalıdır.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiyasının prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları birliyinin, prezident yanında İctimai Palatanın üzvü Maksim Şevçenko bu gün Bakıda keçirilən “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” adlı beynəlxalq elmi-praktik konfransda deyib.

O xatırladıb ki, Qarabağdan və Ermənistandan yüz minlərlə azərbaycanlı qovulub.

M.Şevçenko qeyd edib ki, Qafqaz üç keçmiş imperiya – Osmanlı, Fars və Rusiya imperiyalarının mübarizə meydanında yerləşir və onlardan hər biri hesab edir ki, bu torpaqlara nəzarət etmək hüququ var. Onun sözlərinə görə, dünyada bu cür nümunələr çoxdur. Balkan bölgəsi də belə regionlardandır.

O bildirib ki, Qafqaz üçün bu üç ölkədən birinin tərkibinə və ya bölgədə aktiv iştirak edən Avropa İttifaqına daxil olmaq həll yolu deyil: “Bu cür addımlar yalnız münaqişələrə səbəb ola bilər. Bu isə Qafqaz reallıqlarına uyğun deyil”.

Azərbaycan barədə danışan M.Şevçenko qeyd edib: "Azərbaycan çoxmillətli dövlətdir və bütün yaşananlara baxmayaraq, müharibəyə hazırlaşmır. Azərbaycan böyüyür, inkişaf edir, genişmiqyaslı tədbirlər keçirir. Bunu qonşu ölkələr barədə isə demək olmaz”.

O bildirib ki, əgər Ermənistanda “Daşnaksutyun” partiyası qalib gələrsə, müharibə bu ölkənin siyasi kursunun əsasını təşkil edəcək. Bu isə hamı üçün təhlükəlidir. M.Şevçenko həmçinin xatırladıb ki, Ermənistanın siyasi kursu səbəbi ilə ölkəni çox adam tərk edib.