İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: "İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Səfir:

15.03.2017

"İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

APA-nın şimal bürosunun məlumatına görə, bunu Şabranda səfərdə olan İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib. “Biz ümid edirik ki, Azərbaycan və Ermənistan bu münaqişəni sülh yolu ilə həll edəcəklər”, - deyə o, söyləyib

Səfir bütün münaqişələrin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb: “Biz öz təcrübəmizə əsaslanaraq deyə bilərik ki, münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyirik. İsrail qonşuları ilə bir sıra müharibələr keçirib, əsgərlər həlak olublar. Ona görə də biz müharibənin nə qədər fəlakət yaratdığını bilirik. Bu sahədə İsrailin əldə etdiyi ən böyük nailiyyət Misir və İordaniya ilə razılıqdır".