İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bolqarıstanın eks-prezidenti: Azərbaycanın öz suveren ərazisinə nəzarət etməyə tam hüququ var

Bolqarıstanın eks-prezidenti: Azərbaycanın öz suveren ərazisinə nəzarət etməyə tam hüququ var

16.03.2017

Biz hamımız sülh istəyirik. Qaydalar hər kəsə tətbiq olunanda, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət ediləndə sülh əldə etmək mümkün olur.

Trend-in məlumatına görə, bunu Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı deyib.

R.Plevneliev bildirib ki, böyük və kiçik güclər qaydaları və sərhədlərin suverenliyini pozan zaman sülh əldə etmək mümkün olmur:

"Azərbaycanın da öz ərazisi var. Azərbaycanın öz suveren ərazisinə nəzarət etməyə tam hüququ var. Azərbaycan xalqının və rəhbərliyinin ikili standartların mövcud olduğunu qeyd etməyə tam haqqı çatır. Beynəlxalq qaydalar Ermənistana tətbiq olunmalıdır və biz Ermənistanı öz ərazilərinə qayıtmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq. Biz Ermənistanı beynəlxalq qanunlara hörmət etməyə çağırırıq".

Qeyd edək ki, bu gün “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.

V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.